ZAQATALA QALASI .
Zaqatala
Azərbaycanın Şimal-qərbində ,
Böyük Qafqaz sıra
dağlarının cənub yamaclarında
Qanıx – Əyriçay vadisində yerləşir. Rayonun ərazisi
1348 kv km olub
dağlıq və düzənlik
sahədən ibarətdir. Əhalisi 120
min nəfərdir. Zaqatala şimaldan
Rusiya Federasiyası ilə, cənubdan
Gürcüstan Respublikası ilə ,şərqdən
Azərbaycan Respublikasının Qax
rayonu ilə , qərbdən Azərbaycan
Respublikasının Balakən rayonu ilə
həmsərhəddir. .
Keçmiş Car – Balakən ərazisi hərbi – strateji cəhətdən çox əlverişli idi. Belə ki, Azərbaycanın şərqinə Şəki – Şamaxı – Bakı istiqamətlərinə və Dağıstana gedən yollar buradan keçirdi. Əlverişli hərbi – strateji mövqeyə malik olan Zaqatala hələ qədim zamanlarda xarici qəsbkarların diqqətini cəlb etmişdir. Car – Balakən qəzası Rusiyanın təəbəliyinə keçdikdən sonra ( 1804-cü il ) onun hərbi – strateji əhəmiyyətini nəzərə alan çar hökuməti Zaqatala şəhərinin günbatan hissəsində qala tikdirmək qərarına gəlmişdi.
Qalada daimi olaraq 2500 əsgər, bəzən isə vəziyyət hərbi xarakter aldığı zaman Zaqatala qalasında 8-10 minə qədər əsgər yerləşdirilmişdir
Hərbi məhkəmənin hökmü
ilə S. Demeşko 1907-ci
il sentyabrin 7-də
V Plastun batalyonunun
kazakları tərəfindən güllələndi.
Müstəqillik elan
olunduqdan sonra Daxili
qoşunların N saylı
hərbi hissəsi qalada
yerləşirdi. Hal-hazırda Zaqatala
Dövlət Rəsm qalereyası qalada
yerləşir. Zaqatala qalasında “ Yenilməz
batalyon” , “ Cavad xan” filmləri
çəkilib.
Zaqatala
Azərbaycanın Şimal-qərbində ,
Böyük Qafqaz sıra
dağlarının cənub yamaclarında
Qanıx – Əyriçay vadisində yerləşir. Rayonun ərazisi
1348 kv km olub
dağlıq və düzənlik
sahədən ibarətdir. Əhalisi 120
min nəfərdir. Zaqatala şimaldan
Rusiya Federasiyası ilə, cənubdan
Gürcüstan Respublikası ilə ,şərqdən
Azərbaycan Respublikasının Qax
rayonu ilə , qərbdən Azərbaycan
Respublikasının Balakən rayonu ilə
həmsərhəddir. . Keçmiş Car – Balakən ərazisi hərbi – strateji cəhətdən çox əlverişli idi. Belə ki, Azərbaycanın şərqinə Şəki – Şamaxı – Bakı istiqamətlərinə və Dağıstana gedən yollar buradan keçirdi. Əlverişli hərbi – strateji mövqeyə malik olan Zaqatala hələ qədim zamanlarda xarici qəsbkarların diqqətini cəlb etmişdir. Car – Balakən qəzası Rusiyanın təəbəliyinə keçdikdən sonra ( 1804-cü il ) onun hərbi – strateji əhəmiyyətini nəzərə alan çar hökuməti Zaqatala şəhərinin günbatan hissəsində qala tikdirmək qərarına gəlmişdi.
Zaqatala qalası
Zaqafqaziyada olan rus
qoşunlarının komandanı general
feld-marşal Paskeviçin əmri
ilə tikilmişdir. Qalanın tikilməsi
üçün əlverişli olun
yer Paskeviç tərəfindən
seçilmiş və burada
yaşayan əhali başqa
yerə köçürülmüşdür. Qalanın tikdirməkdə
çar hökuməti iki məqsəd güdürdü.
1.
Rus işğalçılarına qarşı gələcəkdə yerli əhalinin qaldıracağı qiyam və
üsyanların yatırılmasında dayaq
məntəqəsi rolunu oynamalı.
2. Dağıstanı cənubdan
tutmaq üçün.
Artıq 1830-cu
il böyük qüvvələr
qarşısında tab gətirə
bilən Zaqatala qalasının
divarlarının tikintisinə
başlanıldı. .
Üçbucaq şəklində
olan qalanın iki tərəfi şərq və qərbdən
sıldırımdır. Şimal tərəfdən yer səviyyəsindədir.
Mühafizə məqsədi ilə
hasarın çöl tərəfindən
eni 10 metr dərinliyi
5 metr olan xəndək
qazılmışdır. Qalanın sahəsi 11,5
hektardır, divarların
uzunluğu 3000 metr, hündürlüyü 3-5
metrdir. Qalanın 3 böyük
qapısı var.
1.
ŞƏRQ QAPISI. Zabit qapısı
adlanır. Bu qapıdan
rus ordusunun komandir
heyəti istifadə edirdi.
Qapı Zaqatala şəhərinə
açılır.
2.
ŞİMAL QAPISI. Əsgər qapısı
adlanır. Əsgərlər təlim keçmək
üçün bu qapıdan
qaladüzünə çıxırmışlar.
3.
ŞİMAL-QƏRB QAPISI. Nəqliyyat qapısı
adlanır. Qalaya qoşun üçün
lazım olan ərzaq, silah, hərbi sursat
bu qapıdan daşınırdı.
Qalada daimi olaraq 2500 əsgər, bəzən isə vəziyyət hərbi xarakter aldığı zaman Zaqatala qalasında 8-10 minə qədər əsgər yerləşdirilmişdir
Zaqatala qalası
XIX əvvəllərində tikilsədə
köhnə sistemli qaladır. Qalanın şimal- qərb
bürcü müşahidə bürcü
olumuşdur. Bürc iki mərtəbəli
olub üstünə çıxmaq
üçün torpaq yol salınmışdır.Onun altında
və divar boyu
içəri tərəfdən dustaqları saxlamaq
üçün kameralar, karserlər və həbsxanalar tikilmişdir.
Qala
XIX əsr tikilisi
olmasına baxmayaraq orta əsr qalalarında
olduğu kimi mühasirədən
çıxmaq üçün qalanın
altından yeraltı iki
yol çəkilmişdir. Yeraltı yollar
qalanın altı ilə
iki istiqamətdə uzanır.
1.
Qala ərazisindəki kilsənin
yanından şəhərə doğru.
2.
Qalanın ərazisindən şimala
qaladüzü istiqamətinə gedir.
Müxtəlif vaxtlarda
böyük hərbi qüvvələr
qalanı mühasirədə saxlasalarda
onu ələ keçirə
bilməmişlər. 1830-cu il Zaqatala
üsyanına kömək məqsədi
ilə Dağıstanın imamı
Həmzət bəy 2000 nəfərlik qoşunla
qala üzərinə hücuma
keçdi. Məğlubiyyətə uğrayan çar
qoşunları hələ tikintisi
tam başa çatmayan
qala divarları arxasında
müdafiəyə çəkilərək kömək
üçün yeni qüvvələr
gözlədilər. Qalani hücumla ala
bilməyəcəyini yəqin edən Həmzət bəy
onu mühasirədə saxlamalı
olur. Ancaq tezliklə 4500 nəfərlik rus
qoşunu mühasirədə qalanların
köməyinə gəldi. Böyük qüvvə
üstünlüyünə malik olan
rus qoşunları üsyanı
amansızcasına yatırdılar.
Şeyx Şamil
hərəkatı dövründə ( 1834-1859 )
qala rus ordusunun
düşərgəsi və başlıca
hərbi məntəqəsi idi. 1859-cu
ildə Şamil 15
minlik qoşunla Cara gəldi.
Onun məqsədi Zaqatala
qalasını tutub vilayətdəki
rus qoşununu məhv
etmək idi. Lakin qalanı
tutmaq bu məhşur
sərkərdəyə də nəsib
olmadı.
1863-cü il
Zaqatalada böyük üsyan
baş verdi. Üsyana keçmiş
çar zabiti əslən
Balakənli olan Hacı
Murtuzun və Kebeloba
kəndindən Zəngi Əfəndinin
başçılığı altında üsyançı
dəstələr Zaqatala qalası
üzərinə hücuma keçdi. Üsyanın başlıca
siması Zəngi Əfəndi
idi. Şiddətli top atəşləri
onları pərən-pərən saldı. Çarizmin müstəmləkəçilik siyasətinə
qarşı başlanmiş daha
bir azadlıq mübarizəsi
yatırıldı. Üsyan yatırıldıqdan sonra
üsyanın başçıları hesab
olunan 18 nəfər
qala qüzü ərazisində
edam olunur, onların
içərisində Zəngi Əfəndi
də vardı.
1864-cü ildə
Dağıstan Rusiyaya birləşdirildikdən sonra
yəni Qafqaz qəti
olaraq Rusiyaya birləşdirildikdən sonra
Zaqatala qalası öz əvvəlki hərbi əhəmiyyətini itirmişdi. Lakin belə
bir qalanın həm də Rusiyanın mərkəzindən
çox uzaqlarda,ucqar bir
yerdə olması imperator
II Nikolayın yadından
çıxmamışdı: 1905-ci il inqilabı
çaxnaşmaları Rusiyanın hər tərəfini bürüdüyü
zaman bu qalanın
mövcud olması təzədən
yada düşmüşdü. “ Potyomkin “ gəmisi
matroslarının üsyanı siyarətedici
xəstəlik kimi imperiyanın
başqa donanmalarına da
yayılmışdı. Məlum olduğu kimi “
Potyomkin “ zirehli gəmisi
Pumıniya hakim dairələri
tərəfindən Rusiyaya qaytarıldıqdan sonra
onun adını bir
daha xatırlatmamaq üçün gəmiyə yeni
bir ad verilmişdir: “ Svyatoy Panteleymon “. Lakin gəminin adı dəyişdirilsə də
onun matroslarını dəyişdirmək
mümkün olmadı.1905-1097-ci il
inqilabından sonra inqilab
ruhunu Rusiya mərkəzindən
uzaqlaşdırmaq və matrosların
qəlbindən çıxarmaq üçün
imperator Zaqatala qalasını
münasib bildi.
Bu matrosların
inqilab
i ruhunu
boğmaq, onları diz çökdürmək, Xarkov ətrafında
öz qəddarlığı ilə məşhur olan
kapitan Dobrovolskiyə tapşırıldı. İnqilabçı matrosların Zaqatalaya sürgün
edilməsi Zaqatala qalasının adını bir
daha tarixə yazdı.Qalada
201-ci Lebedinski ehtiyat
polkunun II batalyonu
yerləşdirilmişdi. Dobrovolskiyə
podpolkovnik rütbəsi , və külli
ixtiyar verildi. Dobrovolski
imperatorun qarşısında diz
çöküb and içdi
ki,bütün qüvvəsini sərf
edərək matroslarda inqilab
adina nə varsa
hamısını son zərrəsinə
qədər vurub çıxaracaq,
onları imperiya qarşısında
müti bir qul
kimi diz çökdürəcəkdir
və bu yolda
heç bir şeyini
əsirgəməyəcəkdir.
Dobrovolskinin batalyonu
yarısı piyada əsgərlərdən
yarısı da əyninə
boz əsgər şineli
geydirilmiş Qara dəniz
matroslarından ibarət idi. Sayı
400-ə çatan bu
matroslara silah etibar edilmirdi.Matrosları daim nəzarət altında
saxlayır, onları çox incidirdilər.Batalyonda inqilabi
əhval – ruhiyyə hökm sürməkdə
idi. Matroslar batalyon komandiri
Dobrovolskiyə xüsusilə nifrət
edirdilər.Batalyonda
yaradılmış inqilabi özək
Dobrovolskinin öldürülməsi haqda
qərar çıxarır. Bunu matros
Kuk etməli idi.Ancaq
satqınlıq nəticəsində o ələ keçdi. Bu
işi matros Stepan
Demeşko başa çatdırdı. O, 1907-ci il
iyulun 10 – da axşam
batalyon rotalarından birini
yoxlayıb evə qayıdan
Dobrovolskini qalanın zabit
qapısından bir qədər
aralıda qalaya qalxan yolda qüllə
ilə vurub öldürdü.
Böyük Oktyabr
sosialist inqilabından sonra
Çar qoşunları Zaqatala
qalasını tərk edib
Rusiyaya qayıtmalı oldular. Musavat hakimiyyəti
zamanı Zaqatala qalasında
Əhməd bəy Dibirovun
komandan olduğu Musavat
piyada polku yerləşdirilmişdi. Azərbaycanda Sovet
hakimiyyətinin ilk günlərindən
Zaqatala qalası qəza
inqilab komitəsinin qərargahına
çevrildi. Z. Balaxlinski , F. Kutsin, S, Qocayev , M. Qocayev və
başqa inqilabçılar rayondakı
inqilabi mübarizəyə məhz
buradan rəhbərlik edirdilər.
Banditizmə qarşı
mübarizə aparan çekistlərin
Dövlət Siyasi İdarəsi
burada yerləşirdi.Sonralar qala ərazisində azyaşlıların
islah olunması üçün təcridxana,
Tütün kombinatı, Rayon
Mərkəzi xəstəxanası, 1967-ci ildən
Zaqatala diyarşünaslıq muzeyi,
mebel fabriki, 1№ li internat
məktəbi, Gənc Texniklər Stansiyası
fəaliyyət göstərmişdir.
Azərbaycan SSR
Nazirlər Sovetinin 24
yanvar 1984-cü il
tarixli 22 saylı
qərarına əsasən Zaqatala
qalası Tarix – mədəniyyət qoruğu
elan olunmuşdur.
Комментариев нет:
Отправить комментарий