Zaqatala
rayonu hər zaman öz gözəlliyi ilə gələn qonaqları valeh etmişdir. Rayonun təbiəti,
eləcə də sakinlərimizin qonaqpərvərliyi diqqəti cəlb etmiş, yüksək rəğbətlə
qarşılanmışdır. Zaqatala həm də, tarixi abidələrlə zəngindir. Burada
tariximizin qədim dövrlərindən başlayaraq bu günə kimi mövcud olmuş tikililər
bizi uzaq keçmişimizlə bağlayan bir yoldur. Bunların içərisində öz səciyyəvi
xüsusiyyəti ilə fərqlənən Zaqatala Qalası xüsusi yer tutur.
Zaqatala
qalası 1830-cu ildə çar imperiyası dövründə
tikilmişdir. Quruluşuna görə qala-şəhər bastion tipli bu abidə indiyə qədər
öz ilkinliyi saxlamaqdadır. Qalanın ərazisində 17 tikili mövcuddur. 1984-cü ildə
bu abidə qoruq statusunu alaraq, dövlətimiz tərəfindən diqqət mərkəzindədir.
Belə
ki, saytımızın məqsədi Sizi qoruğun və rayonumuzun tarixi ilə tanış etməkdir.
Zaqatala Tarix-Mədəniyyət qoruğunun kollektivi saytımıza müraciət etdiyinizə
görə Sizə dərin təşəkkürünü bildirir.
Комментариев нет:
Отправить комментарий